
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə Respublikasının vitse-prezidenti Cavdat Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, görüşün əvvəlində ali qonaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və səmimi arzularını dövlət başçısına çatdırıb.
Görüşdə Özbəkistan və Türkiyə arasında ilk növbədə ticarət-iqtisadi və investisiya sahələrində hərtərəfli strateji tərəfdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsi məsələləri nəzərdən keçirilib.
Müxtəlif səviyyələrdə fəal dialoq və mübadilələrin davam etdiyi böyük məmnunluqla qeyd olunub. Bildirilib ki, qarşılıqlı ticarət və investisiyaların həcmi, müştərək müəssisələrin sayı, təyyarə reyslərinin artır.
Ticarətin daha da artırılması, o cümlədən Preferensial Ticarət Sazişi çərçivəsində malların nomenklaturasının genişləndirilməsi ilə bağlı əlaqələndirilmiş tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının gündəliyinin hazırlanmasına xüsusi diqqət yetirilib.
Cavid İmaməliyev