
2025-ci ilin sonuna qədər Özbəkistana 15,8 milyon xarici turistin səfər etməsi hədəflənib.
Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, həmçinin il sonuna qədər turizm xidmətlərinin ixracının 4 milyard ABŞ dollarına çatacağı nəzərdə tutulur.
Məlumata görə, 2025-ci il iyunun 1-dən Bəhreyn Krallığı, Küveyt və Oman Sultanlığı vətəndaşları üçün Özbəkistan ərazisinə daxil olduqları tarixdən etibarən 30 gün müddətinə vizasız rejim tətbiq ediləcək. Bu ildən hər il noyabrın 30-dək növbəti il üçün turizmin inkişafı üzrə regional proqramlar hazırlanacaq.
Məlumat üçün bildirək ki, xarici ölkələrdən turist axınının genişləndirilməsi məqsədilə 14 ədəd “Airbus” təyyarəsinin alınması və daha 5 təyyarənin icarəyə verilməsi ilə bağlı razılaşmalar əldə olunub.
Süleyman