Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna üçün qələbə uzaqda deyil

Ukrayna üçün qələbə uzaqda deyil


Ukraynanın son günlər, Rusiyanın strateji obyektlərinə qarşı keçirdiyi uğurlu əməliyyatlar və xüsusilə də ,, Hörümçək toru,, əməliyyatı və daha sonra Krım körpüsünün partladılması, Ukraynanın sonuna qədər dirəniş göstərəcəyini və təslim olmaq niyyətində olmadığını bir daha sübut etdi.Doğrudur, Rusiya cavab verməkdə gecikmədi, amma, durumun əvvəlki kimi olmadığı da nəzərə çarpır. Əslində İstanbul görüşünün davam etməsində ən çox maraqlı görünən Rusiyadır və Ukraynaya qarşı ağır şərtlər irəli sürməsi heç də onun əlinin üstünlüyü ilə bağlı olan məsələ kimi qəbul edilməməlidir. Əslində Rusiyanın danışıqlar prosesində aşağılayıcı davranışları və diplomatik hüquqa zidd addımları, onların psixoloji durumlarını açıq şəkildə ortaya qoyur və Şoyqunun Şimali Koreyaya səfər etməsindən aydın olur ki, Şoyqu Şimali Koreyaya məhz kömək istəmək məqsədilə səfər edib. Bu da özü-özlüyündə o deməkdir ki, Rusiyanın müharibəni davam etdirməyə gücü və imkanları məhdudlaşmağa doğru gedir. Bu baxımdan Rusiya müttəfiqlik axtarışındadır və düşdüyü durumdan çıxış yolu tapa bilmir. ABŞ, Böyük Britaniya və Avropa İttifaqı Ukraynaya daha çox kömək edəcəkdir, kimi yeni durum yaranıb.Əslində bu durumu da Rusiya özü bilməyərəkdən, təkəbbürlü siyasətindən yaratdı.Trampın şərtlərini qəbul etməkdən imtina edən Putini daha ağır itkilər verməklə bir daha sınağa çəkəcəklər, kimi görünür.Bu da bir həqiqətdir ki,Trampın yürütdüyü siyasətin nəticəsindir ki, artıq Avropa ölkələri silahlanma yarışına giriblər. Avropanın ən böyük ölkələri öz müdafiəsini təmin etmək məqsədilə çox böyük pulları gözdən çıxardırlar.Bütün bunlar təhdid yolu tutan və işğalçılıq siyasəti yürüdən Rusiyanın yuxusunu ərşə çəkəcəkdir, mütləq.Bu səbəbdən Ukrayna üçün qələbə uzaqda deyil.

Çingiz Şahbazi, siyasi ekspert
Xəbəri paylaş