Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Günorta saatlarında açıq yerlərdə işləmək qadağan edildi

Günorta saatlarında açıq yerlərdə işləmək qadağan edildi


Yunanıstanda yüksək temperatur səbəbindən günorta saatlarında açıq yerlərdə işləmək qadağan edilib.

Newscenter.az yerli mətbuata istinadən bildirir ki, temperaturun yüksək olduğu bölgələrdə saat 12:00-17:00 arasında açıq yerlərdə işləmək qadağandır.

Meteorologiya İdarəsi bu həftə ölkə daxilində havanın temperaturunda böyük artım olacağını açıqlayıb və yüksək temperatur səbəbiylə iş görənlər tərəfindən görüləcək tədbirləri sadalayıb.

Bu çərçivədə yükdaşıma, kuryer, tikinti və tərsanə işləri kimi sahələrdə işlər dayandırılıb.

Bundan əlavə, İqlim Böhranı və Mülki Müdafiə naziri Yannis Kefaloyannisin rəhbərliyi ilə digər aidiyyəti nazirlik və qurumların iştirakı ilə keçirilən iclasda bu həftə ölkədə gözlənilən yüksək temperaturlara qarşı görüləcək tədbirlər müzakirə olunub.

Anar Əliyev
Xəbəri paylaş