Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kreml geri addım atmaq niyyətində deyil

Kreml geri addım atmaq niyyətində deyil


"Birləşmiş Ştatlar prezidenti D. Trampın Rusiya-Ukrayna müharibəsinə aydın, sistemli və qəti mövqeyi olmadığından qeyri-müəyyənlik qalmaqdadır. Ağ Ev rəhbəri Putinlə sərfəli və əlverişli sövdələşməyə getməyə maraq göstərir və bunun üçün cəhdlər edir. Lakin Rusiya hər dəfə Trampın ümidlərini puça çıxarır. Sonuncu hər iki prezidentlərin baş tutan sayca dördüncü telefon danışıqlarında da bir daha aydın oldu ki Kreml geri addım atmaq və ABŞ-la hansısa razılaşmalara getmək niyyətində deyil. Əksinə Ukraynaya basqılarını artırır, qəbul edilməz şərtlər irəli sürür".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, Tramp vəd etdiyi kimi Ukrayna Rusiya müharibəsində ən azından qısa mərhələli də olsa müsbət irəliləyişlərə nail olmağa çalışır:

"Lakin bu faktor Birləşmiş Ştatları Kiyev-Moskva arasında bütün zamanını keçirmək anlamı da vermir. Vaşinqtonun Çin Tayvan İsrail-İran, Yaxşı Şərq kimi vacib problemləri var. Diqqətini də əsasən bu istiqamətlərdə cəmləşdiyini görürük. Ukrayna--Rusiya müharibəsi daha çox Qərbin maraq və təhlükəsizliyinə bağlı olduğundan Tramp buna o qədər də həvəs göstərmir. Digər tərəfdən Ağ Ev Ukraynadan aldıqlarını alıb. Davamlı təzyiqlər vasitəsi ilə mineral torpaqların işlənməsi və digər resursları qazanıb. Göründüyü kimi Ukraynaya hərbi yardımlar dayandırılıb. Hərbi yardımların dayandırılması isə Ukraynanın məğlub olması və Rusiyanın ambisiyalarının həyata keçirilməsi üçun yolun açılması deməkdir".


Süleyman
Xəbəri paylaş