
Türkiyədəki meşə yanğınları ilə bağlı araşdırmalar davam edir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə ədliyyə naziri Yılmaz Tunç məlumat verib.
Nazir bildirib ki, bu çərçivədə son yanğınlarla əlaqədar ümumilikdə 67 şəxs şübhəli bilinib və onlar barədə hərəkətə keçilib. Onlardan 13-ü haqqında həbs qərarı çıxarılıb. Yanğınların səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Yılmaz Tunc deyib ki, yaşıl vətəni hədəf alanlar cavab verəcəklər.
Anar Əliyev












































