
Qazaxıstan Rusiya ilə sərhədi bağlayır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, buna səbəb sərhəd keçid məntəqəsində təmir işlərinin aparılmasıdır.
Belə ki, iyulun 10-da Rusiya ilə sərhəddə yerləşən “Sırım” keçid məntəqəsində təmir işlərinə başlanılacaq.
Sərhəd buraxılış məntəqəsinin təkmilləşdirilməsi üzrə işlər 16 ay davam edəcək.
Bununla bağlı sərnişindaşıyan avtonəqliyyat vasitələrinin keçidi dayandırılacaq. Yük maşınları elektron növbədən keçməyə davam edəcək.
Anar Əliyev












































