Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya öz ambisiyalarının girovuna çevriləcək

Rusiya öz ambisiyalarının girovuna çevriləcək


"Rusiya Azərbaycana qarşı daha aqressiv metodlardan istifadə edir. Təyyarəmizin vurulması, ölkəmiizə olan kiberhücumlar, media qurumlarında Azərbaycan əleyhinə kampaniyanın aparılması, parlament deputatlarının hədələri və ardınca da Yekaterinburqda baş verənlər bunun bariz sübutudur".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, Azərbaycan isə öz növbəsində artıq neçənci dəfədir ki, bu şəkildə təzyiqlərlə kiməsə boyun əyməyəcəyini açqı şəkildə Rusiyanın nəzərinə çatdırmağa müvafiq olub:

"Rusiyanın bundan nə dərəcədə dərs çıxaracağını zaman göstərəcək. Bizim Rusiya adlı bir problemimiz yoxdur və baş verənlərdə də bütün məsuliyyət rəsmi Moskvanın üzərinə düşür.
Əgər Rusiya etdiyi səhvlərə və davranışlarına görə üzr istəyib, Azərbaycanı ram etməklə bağlı ambisiyalarından əl çəkəcəksə o zaman problem də qalmayacaq. Əks halda Rusiya öz ambisiyalarının girovuna çevriləcək ki, bu da onlar üçün yaxşı heç nə vəd etmir".

Süleyman
Xəbəri paylaş