Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə əhalisinin sayına görə 18-ci yerdədir

Türkiyə əhalisinin sayına görə 18-ci yerdədir


Türkiyə dünya əhalisinin sayına görə 18-ci yerdədir.

Newscenter.az bu barədə Türkiyə Statistika Təşkilatı məlumat yayıb.

Məlumata görə, Türkiyə 85 milyon 664 min 944 nəfər əhalisi ilə 194 ölkə arasında uşaq və gənclərin sayına görə Avropa ortalamasını keçərək 18-ci yerdə qərarlaşıb.

BMT-nin əhali təxminlərinə görə 2024-cü ildə ən çox əhalisi olan ölkə 1 milyard 450 milyon 935 min 791 nəfərlə Hindistan, ikinci yerdə 1 milyard 419 milyon 321 min 278 nəfərlə Çin və üçüncü yerdə 345 milyon 426 min 571 nəfərlə ABŞ gəlir. Bu üç ölkə dünya əhalisinin 39,4 faizini təşkil edir.

2024-cü ildə dünya uşaq əhalisinin orta nisbəti 29,6 faiz olduğu halda, Türkiyədə uşaq əhalisinin nisbəti 25,5 faiz ilə dünya uşaq əhalisinin orta göstəricisinin altında qalıb.

Anar Əliyev
Xəbəri paylaş