
İsrailin Suriya üzərində yenidən aktiv hərbi əməliyyatlara başlaması, Dəməşq və digər məntəqələrə raket zərbələri endirməsi yenidən gündəmə Türkiyə və İsrail münasibətlərini gətirir.
Suriyanın Cənubunda yaşayan druz etnik qrupunu “müdafiə edən” İsrail höküməti Şaraa hökümətinin mərkəzləşmiş dövlət yaratmaq üçün bu ərazidə vahid bayraq qaldırmaq istəməsinin qarşısını almaq istəyir.
Suriya bütöv olsa, İsrail şimal sərhədlərində güclü ölkə ilə qonşu olacaq, və bu Tel Əvivin regionda söz sahibi ola bilməsinə mane ola bilər.
Türkiyə və Suriya əlaqələrinin inkişafı, iqtisadi və siyasi diplomatik qarşılıqlı əməkdaşlıq bölgədə Ankaranın mövqeyini gücləndirib. Fələstin və Qəzza məsələsinə görə İsrail hökuməti ilə soyuq diplomatiya şəraitində olan, Fələstinliləri və onların dövlətlərini müdafiə edən Türkiyə özünə qarşı yaxın Şərqdə geniş rəğbət qazanıb.
İsrail isə çox gözəl anlayır ki, Suriyada vahid ölkə formalaşsa hansı ki, Türkiyə ilə dostluq münasibətləri var və hətta mümkündür ki, gələcəkdə Ankara bu ölkəni qorumaq və daxili sabitlik, inkişafı təmin etmək üçün onu konfederasiya kimi protektorluğu altına ala bilər.
Türkiyənin bölgədə münaqişə olduğu halda, ordu, hərbi texnika və strateji silahları Suriyada o cümlədən İsraillə sərhəd ərazilərdə yerləşdirilə bilər. Bu isə, Tel Əvivin ABŞ la birgə bölgənin nəzarətini ələ almağa imkan verməz.
Ərəb baharından sonra zəifləyən parçalanmış, ziyalı və intellektual insanlarının Avropa və digər ölkələrə axın etməsi ilə geri düşən Suriyanın daxilində druzları tərəfinə çəkməklə Dəməşqin yenidən güclənməsi, sabit ölkə olmasına mane olmaq istəyən İsrail həm də bölgənin idarə olunmasını asan etmək istəyir.
İsrail burada neft və qaz ehtiyatlarına malik əraziləri , iqtisadi tranzit yollarını nəzarətini ələ keçirmək istəyir.
ABŞ Tel Əvivi hərbi və texniki yardım baxımdan dəstəkləyərək bölgənin zəif ölkələrə malik formada siyasi mənzərəsinin olmasına çalışır, baxmayaraq ki, qoşunlarının müəyyən qismini İraq və Suriyadan vaxtilə çıxarıb, lakin yenə də, həmin dövlətlərə sülhməramlı adı ilə hərbi qüvvə göndərmək, burada hərbi nəzarət və radiolokasiya, uzaq mənzilli raketlər yerləşdirmək istəyir.
Həmçinin, Rusiyanın yaxın Şərqdə hərbi bazalarını saxlamaq yaxud yaratmaq istəyini, region ölkələri ilə dostluq münasibətlərini planlarına zidd qəbul edən Vaşinqton İsrailə regionda güclənməsi üçün yardım edir, siyasi dəstək göstərir.
İrana meyilli hərbi qüvvələrinin yerləşdiyi (Hizbullah Livanda, Həmas Qəzzada, Yəməndə Husilər, İraqda hərbi qruplaşmalar) ölkələrdə həmin təşkilatları aradan qaldırmaq üçün İsrail Həması demək olar ki, məğlub etmiş, Livanda Hizbullahın mövqelərini bombalamış və yüksək rütbəli şəxslərini aradan götürmüş, Yəməndəki Husiləri isə Beynəlxalq hərbi qüvvələr vasitəsi ilə zəiflətməyə başlamışdır.
Suriyada İran meyilli rejim devrilsə də, Türkiyə ilə dostluq edən Şaraa höküməti hakimiyyətə gəlmişdir, Ankara isə Tel Əvivin demək olar ki, diplomatik müharibə şəraitində olduğu ölkədir və Dəməşqin Türkiyə ilə ittifaq kimi bir olması orada yenidən inkişafa yol açacaq, iqtisadi və sosial rifah artacaq, neft və qaz ehtiyatlarından ölkə özü istifadə edəcək, ziyalıların beyin axını dayanacaq və vaxtilə, qaçqın düşmüş Suriyalılar geri qayıdacaq, və Yaxın illərdə regionun rifah Suriyası yaranacaq.
ABŞ isə müstəmləkə siyasəti aparmaq, həmin sərvətləri ələ almaq, hərbi bazalar yaratmaq üçün Türkiyənin və Suriyanın bölgədə güclənməsini istəmir.
İsa İsmayılov, siyasi şərhçi
Newscenter.az üçün