
İkinci Qarabağ müharibəsindən sonra, təkcə Cənubi Qafqazda deyil, Mərkəzi Asiyada siyasi nizamın formalaşması istiqamətində mühüm siyasi addımlar atılır. Artiq Cənubi Qafqaz və Mərkəzi Asiya siyasi -iqtisadi, nəqliyyat və enerji sahəsində birgə mərkəz rolunda çıxış edir. İki regionun birləşməsi, Xəzər regionunu formalaşmasına gətirib çıxarır.
Bundan sonra, Xəzər regionun yeni siyasi və iqtisadi nizamda eyni platformadan çıxış etməsi istisna deyil. Bu müstəvidə Türk dövlətləri Təşkilatının üzvülərinin aktiv siyasi əməkdaşlığı inkişaf etdirməsi və təhlükəsizlik çağırışlarını düzgün qiymətləndirməsidən irəli gəlir. Cənubi Qafqaz və Mərkəzi Asiyanın siyasi birləşməsində Türkiyə və Azərbaycan prezidentlərinin mühüm roludur. Təbii ki, Azərbaycan prezidenti İlham Əliyevin regionda apardığı siyasət Ermənistanla sülh istiqamətində mühüm irəliləyişlərin əldə edilmesi, yeni siyasi proseslərin başlanmasına səbəb oldu. Xüsusilə, Zəngəzur dəhlizinin açılmasının razılaşdırılması, regional transformasiyanı gücləndirir. Bununla yanaşı, prezident ABŞ siyasətini Cənubi Qafqaza yönləndirməklə, regionda balansın yaradılmasına nail oldu.
Qeyd edim ki, Azərbaycan Mərkəzi Asiyanın yük dövlətlərinilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirir. Birgə yeni formatlar yaradılır. Amma, uzun illər Türkmənistan belə bir formatlara və regionda geosiyasi layihələrə qoşulmur. Türk dövlətləri Təşkilatının işində fəaliyyətini uzlaşdırmır. Bir növ Rusiya və İranın təlimatı ilə hərəkət edirdi. Bu da Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə nəqliyyat və enerji marşrutlarının qurulmasına müəyyən problemlər yaradırdı. Bu müstəvidə Azərbaycanın Türkmənistanla uzun müddət siyasi danışıqları müsbət nəticə verdi.
Türkmənistanın lideri Q.Berdiməhəmmədovun ötən ay Azərbaycana səfəri ikitərəfli danışıqlarda ciddi razılaşmaların əldə olunması ilə nəticələndi. Ardınca, prezident İlham Əliyevin ötən həftə Türkmənistana səfəri təkcə, iki ölkə arasında yeni siyasi səhifə açmır, bu regionda yeni layihələrin icrasını özündə ehtiva edir. Demək olar ki, Türkmənistanda da Qərbə çıxışını Azərbaycan üzərindən həyata keçirməsi gözlənilir.
Prezident İlham Əliyevin səfərində gələcəkdə Xəzər dənizinin dibi ilə Transxəzər qaz kəmərinin çəkilməsi razılaşdırılıb. Təbii ki, bu layihəni Avropa Birliyi və Türkmənistan həyata keçirməlidir. Bu, boru kəmərinin çəkilməsinə Rusiya və İran mane olur. Amma, ABŞ və Türkiyənin regionda aktivliyi bu boru kəmərinin çəkilməsinə hərhansı bir əngəli neytrallaşdıra bilər.
Qeyd edim ki, bu səfərdə razılaşdırılan əsas layihələrdən biri Lapis-Lazuri dəhlizinin Zəngəzur dəhlizinə qoşulması və Cənub -Şərqi Asiya ilə Avropanı birləşdirən əsas nəqliyyat marşrutu olacaq.
Demek olar ki, Türkmənistan son 30 ildə öz enerji qaynaqlarını birbaşa Qərbə çıxarmağa və quru əlaqəsinə malik ola biləcək. Xüsusilə, Azərbaycan prezidentinin Türkmənistana səfəri və əldə olunmuş razılaşmalar Avropa İttifaqının, ABŞ -ın birbaşa dəstək verdiyi mühüm səfər idi. Eyni zamanda, Mərkəzi Asiya və Cənubi Qafqaz eyni region olaraq beynəlxalq iqtisadi- nəqliyyat və enerji mərkəzi rolunda çıxış edəcək.
Məhəmməd Əsədullazadə politoloq