Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gələn ildən Prezident mükafatı uğrunda müsabiqə keçiriləcək

Gələn ildən Prezident mükafatı uğrunda müsabiqə keçiriləcək


2026-cı ildən başlayaraq Özbıkistanda hər il ümumtəhsil məktəbləri arasında prezident mükafatı uğrunda “Qabaqcıl mühəndislik məktəbi” milli müsabiqəsi keçiriləcək.

Newscenter.az "Sputnik Özbıkistan"a istinadən bildirir ki, həmçinin təbiət elmlərinin tədrisini təkmilləşdirmək məqsədilə bütün regionlarda ixtisaslaşdırılmış məktəblər yaradılacaq. Daşkənddəki Əbu Əli ibn Sino məktəbi bu istiqamətdə baza məktəbi rolunu oynayacaq.

Daşkənddə M.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin, ToshTech Texniki Universitetinin və Almalık Dövlət Texniki İnstitutunun filialı açılacaq. Cari tədris ilindən pedaqoji istiqamət üzrə ali təhsil müəssisələrinin tələbələri üçün Abdulla Avloni adına dövlət təqaüdü təsis edilib. Təqaüd bakalavr pilləsinin 3-4-cü kursları üçün nəzərdə tutulub.

Süleyman
Xəbəri paylaş