
Sentyabrın 9-dan etibarən İzmirdə su kəsilməsi iki gündə bir həyata keçiriləcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna qədər İzmirin mərkəzi rayonlarında suyun verilişi üç gündən bir həyata keçirilirdi.
İzmir Su və Kanalizasiya İdarəsi Ümumi Müdirliyi (İZSU), X sosial şəbəkə hesabı vasitəsilə şəhər əhalisinə bununla bağlı xəbərdarlıq edib.
İzmir Böyükşəhər Bələdiyyəsi İZSU Ümumi Müdirliyi nəzdində qurulan Su Şurası, şəhərdəki quraqlıq və azalan su ehtiyatları səbəbindən avqustun 6-dan etibarən saat 23:00-dan səhər saat 5:00-a qədər qismən su kəsilməsinin həyata keçiriləcəyini açıqlamışdı.
Anar Əliyev