Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil sahəsində yeni təaqüdlər tətbiq olunacaq

Təhsil sahəsində yeni təaqüdlər tətbiq olunacaq


Özbəkistanda uşaq bağçasından tutmuş ali təhsil səviyyəsini əhatə edən vahid milli ideya konsepsiyası hazırlanıb. Bu, mənəvi və maarifləndirici fəaliyyətlər üçün nümunəvi plan olacaq. Nəticədə belə işlər nizamlı və keyfiyyətli təşkil olunacaq, tələbələr lazımsız işlərə cəlb edilməyəcək. Həmçinin, təhsil sahəsində yeni təaqüdlər tətbiq olunacaq

Newscenter.az xəbər verir ki, bunları Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib. O bildirib ki, şagirdlərin asudə vaxtlarının mənalı keçirilməsi, onların istedad və arzularının üzə çıxarılması üçün vahid şaquli sistem tətbiq ediləcək.

Bu məqsədlə “Bərkamol Avlod” uşaq məktəbi, Respublika Tələbə-Gənclər Mərkəzi, “Eşlik” Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin bazasında “Kələcək” mərkəzləri yaradılacaq. Şagirdlərin təşəbbüslərini dəstəkləmək üçün məktəb məsləhətçisi vəzifəsi tətbiq ediləcək.

2026-2028-ci illərdə İnnovativ Uşaq İnkişaf Mərkəzi də daxil olmaqla, respublikanın 14 rayonunda “Yangi Avlod” məktəbəqədər təhsil müəssisələri şəbəkəsi yaradılacaq.

Süleyman

2026-cı ildən başlayaraq hər il ümumtəhsil məktəbləri arasında prezident mükafatı uğrunda “Qabaqcıl mühəndislik məktəbi” milli müsabiqəsi keçiriləcək.
Həmçinin təbiət elmlərinin tədrisini təkmilləşdirmək məqsədilə bütün regionlarda ixtisaslaşdırılmış məktəblər yaradılacaq. Daşkənddəki Əbu Əli ibn Sino məktəbi bu istiqamətdə baza məktəbi rolunu oynayacaq.
Daşkənddə M.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin, ToshTech Texniki Universitetinin və Almalık Dövlət Texniki İnstitutunun filialı açılacaq. Cari tədris ilindən pedaqoji istiqamət üzrə ali təhsil müəssisələrinin tələbələri üçün Abdulla Avloni adına dövlət təqaüdü təsis edilir. Təqaüd bakalavr pilləsinin 3-4-cü kursları üçün nəzərdə tutulub.
Xəbəri paylaş