
"Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin hər bir mərhələsinə şahidlik edən Urmiya gölü artıq özü bir tarix oldu. Bunu təbii bir proses kimi qələmə vermək hesab edirəm ki, ən böyük ləyaqətsizliklərdən biridir. Çünki bu təbiət möcüzəsi məhz planlı şəkildə və bu məqsədə çatmaq üçün illərdir aparılan balansız su idarəçiliyinin nəticəsində məhvə məhkum edildi".
Newscenter.az xəbər verir ki, xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, Urmiya gölünün quruması ekoloji fəlakətdir:
"Çünki Urmiya gölü nəinki Cənubi Azərbaycanın, bütövlükdə Yaxın Şərqin ən böyük duzlu su hövzəsi idi. Bundan sonra hər bir region ölkəsi bu prosesin mənfi təsirinə məruz qalacaq. Bu qaçınılmazdır. Xüsusilə, qatı duz və toz fırtınaları həm insan sağlamlığına zərər vuracaq, həmdə biomüxtəlifliyə ciddi xələl gətirəcək. Paralel olaraq havada duz miqdarının artması şoranlaşmanı sürətləndirəcək və nəticədə bütün qonşu ölkələrin kənt təsərrüfatına ciddi ziyan dəyəcək. Bir sözlə, Urmiya gölü özülə çox şeyi aparacaq.
Süleyman