Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Konqo prezidenti Qazaxıstana gəlib

Konqo prezidenti Qazaxıstana gəlib


Konqo Demokratik Respublikasının Prezidenti Qazaxıstana dövlət səfərinə gəlib.

Newscenter.az Akorda-ya istinadən bildirir ki, prezidentlər beynəlxalq və regional gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Konqolu həmkarı Feliks Tşisekedi ilə görüşdə Kasım-Jomart Tokayev qeyd edib ki, onun ilk dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verəcək.

"Qazaxıstan ölkənizi Afrika qitəsində mühüm tərəfdaş hesab edir və ikitərəfli əməkdaşlığın hərtərəfli inkişafında maraqlıdır", - Tokayev bildirib.

Konqo Demokratik Respublikasının Prezidenti danışıqların iki ölkə arasında əlaqələri gücləndirəcəyinə əminliyini ifadə edib.

"Mən iki ölkə, ümumiyyətlə, Afrika regionu ilə Mərkəzi Asiya arasında əməkdaşlığı gücləndirmək məqsədi ilə səfər edirəm. Təbii ki, dövlətlərimiz bir-birindən uzaqda yerləşir. Bununla belə, belə səfərlər bizi daha da yaxınlaşdırır və bir-birimizi daha yaxından tanımağa imkan verir", - Feliks Tşisekedi deyib.

Prezidentlər beynəlxalq və regional gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mehman Mehdiyev
Xəbəri paylaş