
Özbəkistanda kişilər üçün pensiya yaşının 60-dan 63-ə, qadınların isə 55-dən 58-ə qaldırılması təklif edilir.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Maliyyə Nazirliyi yanında Büdcədənkənar Pensiya Fondunun icraçı direktoru Murodbek Otajonov məlumat verib.
Bildirib ki, Özbəkistanda pensiya yaşı 32 ildir heç dəyişməyib. Bundan əlavə, fondun direktoru statistik rəqəmlərə istinad edib ki, 20 il əvvəl pensiyaçılar pensiyaya çıxandan sonra adətən 8-9 il yaşayırdılarsa, bu gün kişilər təxminən 13, qadınlar isə 20 yaşa qədər yaşayırlar.
Məlumata görə, son 10 ildə Pensiya Fondunun gəlirləri 3,4 dəfə, xərcləri isə 5 dəfə artıb. 2020-ci ildən pensiya ödənişlərinin maliyyələşdirilməsinə dövlət büdcəsindən vəsait ayrılıb. 2022-ci ildə ayrılan vəsaitin həcmi 11 trilyon manat təşkil edib ki, bu da ümumi plana bərabərdir.
Süleyman