
Türkiyə yanvar-avqust ayları arasında Almaniyaya 13,1 milyard dollarlıq ixracatda bütün zamanların ən yüksək göstəricisinə nail olub.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, avtomobil sənayesi ilin ilk səkkiz ayında 4,3 milyard dollara çataraq Almaniyaya ən çox ixracat edən sektor olub.
Türkiyə iqtisadiyyatında stabilləşmə prosesi uğurla davam edərkən, iqtisadi tarazlıqlar möhkəmlənməkdə davam edir.
Makroiqtisadi göstəricilər sürətlə yaxşılaşır. Bu, ölkənin ixracında da özünü göstərir. Türkiyənin lider ixracatçısı Almaniyaya ixracı yeni zirvələrə çatdı.
Türkiyənin ixracatı ilin ilk səkkiz ayında keçən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artaraq 178,1 milyard dollara çatıb.
Türkiyə yanvar-avqust ayları arasında Almaniyaya 13,1 milyard dollarlıq ixracatla bütün zamanların ən yüksək göstəricisinə nail olub. Ötən ilin eyni dövründə Türkiyənin Almaniyaya ixracı 11 milyard 969 milyon dollar olub.
Bu dövrdə Türkiyənin Almaniyaya ixracı illik müqayisədə 9,4 faiz artıb. Almaniya bununla da Türkiyənin ixracatında liderliyini qoruyub saxladı.
Anar Əliyev