Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə torpaq sürüşməsi olub, Sahil yolu bağlanıb

Türkiyədə torpaq sürüşməsi olub, Sahil yolu bağlanıb


Türkiyədə torpaq sürüşməsi baş verib.

Newscenter.az-ın Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Artvin vilayətində qeydə alınıb. Belə ki, bu səhər Artvində Hopa-Kemalpaşa keçidinin Köpmüş bölgəsində baş verən sürüşmə nəticəsində Qara dəniz Sahil Yolu nəqliyyatın hərəkətinə bağlanıb.

Məlumata görə, bölgədə bir müddətdir şiddətli yağan yağışlar dünəndən etibarən Hopa, Arhavi və Kemalpaşa rayonlarında çoxlu sürüşmələrə səbəb olub. Ən son, bu gün səhər saatlarında Hopa və Kemalpaşa rayonları arasındakı Köpmüş bölgəsində magistral yola yamaclardan torpaq və qayalar düşüb.

Qara dəniz sahil yolu sürüşmə səbəbindən hər iki istiqamətdə bağlanıb.

Mehman Mehdiyev
Xəbəri paylaş