
35 il əvvəl Mərkəzi Asiyanın 5 ölkəsində ümumilikdə 50 milyondan çox insan yaşadığı halda 2024-cü ildə bu rəqəm 80 milyonu keçib.
Newscenter.az Özbəkistan Milli Xəbər Agentliyinə istinadən bildirir ki, ən böyük artım Tacikistanda 98 faiz təşkil edib. Özbəkistanda isə bu rəqəm 84 faiz səviyyəsində müşahidə olunub. Qazaxıstan, Qırğızıstan və Türkmənistanda da əhalinin sayı əhəmiyyətli dərəcədə artıb.
Müstəqillik dövründə Mərkəzi Asiya ölkələrinin ümumi daxili məhsulu təxminən 47 milyard dollar təşkil edib. 34 ildən sonra bu məbləğ 10 dəfədən çox artaraq 500 milyard dollara yaxınlaşıb.
Mehman Mehdiyev







































