
Özbəkistanda əhaliyə sosial dəstəyin gücləndirilməsi, sosial müdafiə tədbirləri, dövlət tərəfindən vətəndaşlara göstərilən sosial xidmətlərin həcmi və növlərinin gücləndirilməsi istiqamətində bir sıra işlər həyata keçirilir.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu istiqamətdə aparılan işlər əsasında müəyyən kateqoriyadan olan vətəndaşların şəhər sərnişin nəqliyyatından pulsuz istifadə etmək imkanı yaradılıb.
O cümlədən, bu gün 9 kateqoriyadan olan şəxs şəhər sərnişin nəqliyyatından pulsuz istifadə etmək hüququna malikdir. Son 2 ildə dövlət başçısının təşəbbüsü ilə ətrafdakılardan qayğıya ehtiyacı olan tənha ahılların, tənha yaşayan qocaların, sağlamlıq imkanları məhdud şəxslərin, habelə “Özbəkistan Respublikasının fəxri donoru” döş nişanı ilə təltif edilmiş vətəndaşların şəhər sərnişin nəqliyyatından pulsuz istifadə etmək imkanı yaradılıb.
İndi bu kateqoriyadan olan şəxslərin sıraları genişlənir. Yeni hazırlanmış “Sosial müdafiəyə ehtiyacı olan əhalinin dəstəklənməsi haqqında” qanun layihəsinə əsasən, şəhər sərnişin nəqliyyatından I qrup əlil və onları müşayiət edən bir nəfər, habelə II Dünya müharibəsi əlillərinə bərabər tutulan şəxslər üçün pulsuz istifadə yaradılır.
Süleyman







































