Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda təlim zamanı partlayış olub, Milli Qvardiyanın 10 hərbiçisi xəsarət alıb

Özbəkistanda təlim zamanı partlayış olub, Milli Qvardiyanın 10 hərbiçisi xəsarət alıb


Özbəkistanda təlim zamanı xoşagəlməz hadisə baş verib.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, "Özbəkistan Respublikasının Milli Qvardiyası haqqında” qanunun tələblərinə uyğun olaraq, Milli Qvardiyanın şəxsi heyətinin daimi döyüş hazırlığının təmin edilməsi və onların hazırlığının dövrün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində cari il sentyabrın 10-da Nukus səhra poliqonunda praktiki məşğələ təşkil olunub.

Təlim zamanı məşq üçün nəzərdə tutulmuş xüsusi partlayıcı qurğunun detonasiya şnurunun işə salınması nəticəsində kiçik partlayış baş verib.

Təlim iştirakçılarından 10-a yaxın hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara vaxtında ilkin tibbi yardım göstərilib və görülən zəruri tədbirlər nəticəsində hazırda sağalmaları davam edir.

Yaranmış vəziyyətlə bağlı xidməti sorğu təyin edilib, hazırda müvafiq orqanlar tərəfindən araşdırma aparılır.

Süleyman
Xəbəri paylaş