
Qazaxıstanda 30-dan çox valideyn övladlarını atdığına görə məhkum edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə prokurorluq məlumat yayıb.
Təkcə Almatı vilayətində bu ilin 8 ayında 3,5 milyard təngə aliment borcları ödənilib. Ödənişi qəsdən yerinə yetirməyən 50 borclu şəxs Cinayət Məcəlləsinin 139-cu maddəsi “Uşaqların saxlanması üçün vəsaitin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməməsi” ilə cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 33 nəfər məhkum edilib, daha 17 nəfərin icraatına isə borcun könüllü ödənilməsi ilə əlaqədar xitam verilib.
Prokurorluğun təşəbbüsü ilə 169 borclu şəxs inzibati məsuliyyətə cəlb edilib, onlardan 108-i 5 sutkayadək müddətə həbs edilib.
Ümumilikdə, üç il ərzində 12 min uşağın xeyrinə 7 milyard təngədən çox aliment yığılıb.
Mehman Mehdiyev












































