
Qazaxıstanda son bir ildə skuter sürücülərinin iştirakı ilə baş verən yol qəzalarının sayı iki dəfə artıb.
Newscenter.az xəbər verir ki, bu barədə Ranking.kz portalı məlumat yayıb. Bildirilib ki,
bu ilin yanvar-avqust aylarında 153 yol qəzası qeydə alınıb. Ümumilikdə avtomobillər skuter sürücülərini vurub. Bir il əvvəl 64 belə hadisə baş vermişdi. Skuter sürücülərinin özlərinin günahkar olduğu qəzaların sayı da iki dəfə artıb, səkkiz ayda 93 hadisə qeydə alınıb.
"Skuterlərin iştirakı ilə baş verən yol qəzalarında xəsarət alanların sayı da 2,5 dəfə artıb. Yanvar-avqust aylarında 173 nəfər xəsarət alıb. Onların təxminən yarısı yetkinlik yaşına çatmayanlardır. 2024-cü ildə belə qəzalarda 4 nəfər ölübsə, bu il 8 ayda 1 nəfər ölüb.
Mehman Mehdiyev












































