
Bakının Xəzər rayonunda 17 min manat dəyərində mal-qara oğurlanıb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı N.Novruzov və 21 yaşlı H.Vəlizadə saxlanılıblar.
Fakt üzrə araşdırmalar aparılır.
Mehman Mehdiyev