
Avropa Komissiyası 150 milyard avro dəyərində ikinci hərbi investisiya proqramı hazırlayır.
Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, Avropa Komissiyasının SAFE proqramı, Rusiya ilə hərbi münaqişəyə hazırlıq məqsədilə Aİ ölkələri tərəfindən silah istehsalı və birgə tədarükü ilə bağlı layihələr üçün Aİ büdcəsindən 150 milyard avro maliyyələşdirməyi hədəfləyir. Proqram 2025-ci ilin əvvəlində başlamışdır. Payızın sonuna qədər 27 Aİ ölkəsindən 19-u müraciət edərək Avropa Komissiyasına 691 hərbi layihə təqdim etmiş və bununla da 150 milyard avroluq maliyyələşdirmənin hamısı tükənmişdir. Bu layihələr, əsasən, Avropa Müdafiə Komissarı Andrius Kubiliusun əvvəllər elan etdiyi kimi, mərmilərin, raketlərin və hava hücumundan müdafiə sistemlərinin, eləcə də dronların və əks-dronların istehsalına və tədarükünə yönəlmişdir.
Cavid













































