Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Azər Allahverənov vətəndaş qəbulu keçirib

Deputat Azər Allahverənov vətəndaş qəbulu keçirib


Deputat Azər Allahverənov Milli Məclisin inzibati binasında vətəndaş qəbulu keçirib.
Newscenter.az xəbər verir ki, qəbul zamanı deputat yerli icra strukturlarında çalışmış vətəndaş Dünyamalıyev Nazim Oruc oğlu ilə görüşüb.

Söhbət zamanı vətəndaş tərəfindən əsasən işsizlik probleminin aradan qaldırılması, məşğulluq imkanlarının artırılması və bu sahədə mövcud çətinliklərin həlli ilə bağlı müraciət dilə gətirilib.

Deputat Azər Allahverənov vətəndaşın müraciətini diqqətlə dinləyib, məsələnin mahiyyəti ilə tanış olaraq qeyd edib ki, bu istiqamətdə dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. O, əlavə edib ki, qaldırılan məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxlanılacaq və müvafiq addımlar atılacaq.

Süleyman
Xəbəri paylaş