Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvanda yas mərasimində 20-dən çox şəxs dəm qazından zəhərlənib

Naxçıvanda yas mərasimində 20-dən çox şəxs dəm qazından zəhərlənib




Naxçıvan Muxtar Respublikasında (MR) 20-dən çox şəxs yas mərasimində dəm qazından zəhərlənib.

Newscente.az xəbər verir ki, "Report"un yerli bürosunun məlumatına görə, hadisə Babək rayonunun Kültəpə kəndində baş verib.

İlkin məlumata görə, 20-dən çox şəxs dəm qazından zəhərlənib. Zərərçəkmişlər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib, müalicələri davam etdirilir.
Xəbəri paylaş