
Birləşmiş Ştatlar İrana qarşı hərbi əməliyyatı növbəti 24 saat ərzində başlaya bilər.
Newscenter.az xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Agentliyin Avropa rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp əməliyyatı həyata keçirmək qərarına gəlib.
"Lakin onun miqyası və vaxtı hələ də bəlli deyil",-deyə Reuters bildirir.
Qeyd edək ki, ötən gün İrandakı etirazçılara müraciət edən Ağ Ev rəhbəri, "Nümayişləri davam etdirin. Yardım yoldadır" mesajını verib. Bu gün isə ABŞ vətəndaşlarını təcili şəkildə İranı tərk etməyə çağırıb.
Süleyman










































