Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Birliyi Rusiyadan təbii qaz alışını 6% azaldıb

Avropa Birliyi Rusiyadan təbii qaz alışını 6% azaldıb


Avropa Birliyi (AB) 2025-ci ilin yanvar-noyabr ayları arasında 5,4 milyard avro dəyərində Rusiya boru kəməri qazı və 6,8 milyard avro dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) alıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Eurostat məlumat yayıb. Bildirilib ki, bu göstərici ötən illə müqayisədə azdır. Belə ki, ötən ilik ilk 11 ayı ərzində AB-nin Rusiya qazının ümumi alışı 6,1% azalaraq 12,2 milyard avroya düşüb.

2025-ci ilin noyabr ayında AB ölkələri Rusiyadan mayeləşdirilmiş təbii qaz üçün 337 milyon avro ödəyib ki, bu da 2023-cü ilin avqustundan bəri ən aşağı məbləğdir. Əsas idxalçılar Fransa (219 milyon avro), İspaniya (61 milyon avro) və Hollandiya (30 milyon avro) olub. Belçika Rusiyadan mayeləşdirilmiş təbii qaz alışını ilin ən aşağı səviyyəsinə - 27 milyon avroya endirib. AB həmçinin 415 milyon avro dəyərində Rusiya boru kəməri qazı idxal etib.

Anar
Xəbəri paylaş