Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vüqar Qurbanovla Zaur Əliyevin ABŞ səfəri və məxfi saxlanılan görüşlər: 2023-cü ildə okeanın o tayında nələr müzakirə olunub?

Vüqar Qurbanovla Zaur Əliyevin ABŞ səfəri və məxfi saxlanılan görüşlər: 2023-cü ildə okeanın o tayında nələr müzakirə olunub?


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanovun vəzifəsindən azad olunması ilə məsələ bitməlidirmi?!

Heç kəsə sirr deyil ki, TƏBIB sədri V. Qurbanovun İcbari Tibbi Sığorta Agentliyinin (İTS) sədri Zaur Əliyevlə sıx əlaqələri mövcuddur.

Maraqlıdır görəsən TƏBIB və ITS tərəfindən son 3 ərzində elan etdikləri və həyata keçirdikləri Satınalmalar üzrə kotirovka sorğuları, Tenderlər də yoxlanılıbmı? Bu satınalma əməliyyatlarına cəlb edilən şirkətlər və təşkilatlar ilə əlaqələri araşdırılıbmı? Kimlərdir və kimlərin adamlarıdır?

Maliyyə Nazirliyi ötən il yoxlamalara başladı bir sıra qanun pozuntuları aşkar etdi. Bu barədə ölkə mediası kifayət qədər yazıb işıqlandırdı. Maliyyə tərəfi araşdırıldı, aydındır. Bəs görəsən hüquq mühafizə orqanları bu məsələyə hansı hüquqi qiymət verəcək?

Ən acınacaqlısı odur ki, bəzən haqlı olduğun halda baş verənləri sadəcə izləyib susmalı olursan.
Düşünürəm bu yoxlamalar və vəzifəsindən azad etmələr İcbari Tibbi Sığorta Agentliyindən də yan keçməyəcək. Keçməməlidir də.

P.S. 2022-2023-cü illərdə TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada çalışdığım dövrdə gördüklərim və müşahidə etdiklərim onu deməyə əsas verir ki, cənab Prezidentin vəzifəyə təyin etdiyi bir sıra məmurlar fəaliyyətə başladıqdan bir müddət sonra onu aldadır və xəyanət edirlər. Bu isə həm də dövlətçiliyə və xalqa xəyanət deməkdir.
TƏBİB tabeliyində fəaliyyət göstərən müəssisələrdə vəziyyət heç ürəkaçan deyil.
İmkanım olsaydı səhv etmirəmsə 2023-cü ildə Vüqar Qurbanov və Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri bəzi açıqlanmayan görüşləri araşdırardım.

Deyiləcək o qədər məsələ var ki...

Əmin olduğum odur ki, dövlətimiz və aidiyyatı üzrə hüquq mühafizə orqanları hər şeyi nə zaman və necə edəcəyini gözəl bilir.

İlham Aslanov
Xəbəri paylaş