Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp Zelenskini 19-cu əsr şoumeni P.T. Barnumla müqayisə edib

Tramp Zelenskini 19-cu əsr şoumeni P.T. Barnumla müqayisə edib


ABŞ prezidenti Donald Tramp bir daha sələfi Co Baydenin administrasiyasını tənqid edərək, onun Ukraynaya xeyli miqdarda pul və silah bağışladığını iddia edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, Tramp özünün "Truth Social" şəbəkəsində bunu qeyd edib. Amerika lideri bir daha Vladimir Zelenskini 19-cu əsr Amerika şou-biznesinin aparıcı simalarından biri və əsrin ən populyar səyyar sirklərindən birinin təşkilatçısı P.T. Barnumla müqayisə edib.

Tramp yazıb ki, yuxulu Co Bayden ölkəmizin pullarını Ukraynanın F.T. Barnumunaa (Zelenskiyə!) xərcləyib. Ağ Ev rəhbəri əlavə edib ki, keçmiş prezident Ukraynaya pulsuz silahlar paylayıb.

Anar
Xəbəri paylaş