
Yaxın Şərqdəki hərbi münaqişə səbəbindən bir sıra ölkələrin hava məkanlarını müvəqqəti olaraq bağladığı bildirilib. Bu baxımdan, Özbəkistandan Dubay, Şarja, Mədinə, Doha, Ciddə, Tel-Əviv, Tehran və Küveytə uçuşlar 28 fevraldan etibarən ləğv edilib. Nəticədə, 1681 Özbəkistan vətəndaşı 28 fevraldan 2 marta qədər uçuşlardan istifadə edə bilməyib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Prezident Şavkat Mirziyoyevin tapşırığı ilə Fars körfəzi ölkələrində qalan vətəndaşların geri qaytarılması üçün işlər təşkil edilib. Nəqliyyat Nazirliyi aviaşirkətlərlə əməkdaşlıq çərçivəsində xüsusi plan hazırlayıb və "Uzaviasiya" agentliyində 24 saatlıq qərargah yaradılıb.
Məlumata görə, indiyə qədər Mədinə və Ciddədən 21 uçuşla Özbəkistana 4948 sərnişin, eləcə də Dubaydan 235 sərnişin gətirilib.
Süleyman










































