
"Növbəti günlərdə ABŞ və İran arasında danışıqların baş tutması gözlənilir. İran danışıqlarda maraqlıdır. Tehranın nüvə zənginləşdirməsindən tam imtina və proksi qüvvələri dəstəkləməyəcəyi şərti ilə razılaşma mümkündür".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, SEPAH-ın tam səlahiyyətlərini prezidentə verməsi mümkündür:
"Əgər, danışıqlar baş tutsa, bir neçə günlük atəşkəs rejimi tətbiq edilə bilər. ABŞ-la danışıqlar aparılması və şərtlərlə razılaşma ilə bağlı SEPAH arasında fikir ayrılıqları hökm sürür".
Məhəmməd Əsədullazadə onu da qeyd edib ki, İsrailin Baş naziri danışıqlar və şərtlərin qəbul edilməsində maraqlı deyil:
"İsrail İranın parçalanmasi və hərbi xaosun baş verməsində maraqlıdır. Onun üçün Şimali İraqdakı kürd silahlıların İrana daxil olmasına çalışır".
Süleyman










































