Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Avropanın enerji bazarında etibarlı tərəfdaş kimi tanınır

Azərbaycan Avropanın enerji bazarında etibarlı tərəfdaş kimi tanınır


"Müasir dövrdə enerji təhlükəsizliyi dövlətlər arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Azərbaycan zəngin enerji resursları və strateji coğrafi mövqeyi ilə Avropanın enerji təminatında mühüm rol oynayır. Bu baxımdan İlham Əliyevin Avropa Komissiyası ilə enerji və mənzil siyasəti çərçivəsində keçirdiyi görüşlər Azərbaycan ilə Avropa arasında enerji əməkdaşlığının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır".

Newscenter.az xəbər verir ki, bunları Gəncə şəhəri 21 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Aygül İsmayılova deyib. O bildirib ki, Azərbaycan Avropanın enerji bazarında etibarlı tərəfdaş kimi tanınır:

"Xüsusilə qaz ixracının artırılması və yeni enerji layihələrinin həyata keçirilməsi Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Bu istiqamətdə həyata keçirilən layihələr, o cümlədən Cənub Qaz Dəhlizi, Azərbaycanın Avropa enerji bazarındakı rolunu daha da gücləndirir".

O bildirib ki enerji sahəsində əməkdaşlıq təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır:

"Avropa ilə enerji tərəfdaşlığının genişləndirilməsi qarşılıqlı etimadı möhkəmləndirir və uzunmüddətli əməkdaşlıq üçün yeni imkanlar yaradır. Eyni zamanda, enerji siyasətində səmərəlilik və dayanıqlılıq prinsiplərinə diqqət yetirilməsi gələcəkdə alternativ və bərpa olunan enerji sahələrinin inkişafına şərait yaradır".

Süleyman
Xəbəri paylaş