Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın çoxvektorlu suveren xarici siyasət kursunun bariz göstəricisi

Azərbaycanın çoxvektorlu suveren xarici siyasət kursunun bariz göstəricisi


Xəbər verildiyi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyinə gedərək bu ölkənin Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib. Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazdı.

Ölkə başçısının bu addımı birmənalı olaraq həm diplomatik nümayəndəlik, həm də Azərbaycan vətəndaşları, ictimai-siyasi sahənin adamları tərəfindən yüksək qisymətləndirilib. Milli Məclisin deputatı Bəhruz Məhərrəmov da bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, ölkə başçısının səfirliyi ziyarət etməsinə diqqət çəkən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası imzalamış, nəinki Qafqaz, bütövlükdə İslam dünyasında İsraillə ən yaxşı münasibətlərə malik olan Azərbaycan Respublikasının Prezidentinin hazırkı mürəkkəb geosiyasi şəraitdə İran İslam Respublikasının ölkəmizdəki səfirliyinə baş çəkməsi, bu ölkənin Ali Rəhbəri və bir çox mülki şəxslərinin həlak olması ilə əlaqədar publik formada başsağlığını çatdırması Azərbaycan Respublikasının çoxvektorlu suveren xarici siyasət kursunun və tam müstəqil iradə və güc sahibi kimi davrana bilməsinin bariz göstəricisidir.

Süleyman
Xəbəri paylaş