
"İsrail Livanda "Hizbullah"a qarşı quru əməliyyatı başlayıb. Livan hökuməti "Hizbullah"ın ölkədə fəaliyyətini qanunla qadağan etdi. Göründüyü kimi, Livan hökuməti də "Hizbullah"dan qurtulmaq istəyir".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Livan indiki vəziyyətdə İsrailin "Hizbullah"a qarşı hərbi əməliyyatlarına fürsət kimi baxır:
"İranın əsas proksi qüvvəsi olan "Hizbullah"ın tam sıradan çıxarılması əməliyyatı həyata keçirilir. İsrail hazırda "Hizbullah"ın tam sıradan çıxarılmasını fürsət kimi baxır. Çünki indiki halda İranın təşkilata dəstək verməsi mümkün deyil".
Məhəmməd Əsədullazadə qeyd edib ki, Yaxın Şərqdə HƏMAS, "Hizbullah"ın tam sıradan çıxarılması İsrailin mövqeyini gücləndirəcək:
"Yaxın Şərqdə İranın son 30 ildə qurduğu "Müqavimət hərəkatı" iflasa uğrayır".
Süleyman










































