
İsrail Baş naziri Binyamin Netanyahunun İranla artan münaqişə səbəbindən Berlində gizləndiyi barədə məlumatlar sosial mediada geniş yayılıb. Bu iddia rəsmi hökumət təyyarəsi olan “Sion Qanadları”nın Brandenburq Hava Limanına enişi ilə bağlı uçuş məlumatlarına əsaslanır.
Newscenter.az “Euronews”a istinadən bildirir ki, Netanyahunun bu təyyarədə olduğu iddia edilir. Hətta onun Almaniyada gizli bunkerdə gizləndiyi də bildirilir.
Lakin yuxarıdakı iddia təsdiqlənməyib. Uçuş izləmələri göstərib ki, təyyarə əslində İsraildən qalxıb Berlinə eniş edib və Netanyahunun təyyarədə olduğuna dair heç bir dəlil yoxdur.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü təyyarədə yalnız heyət üzvlərinin olduğunu bildirib.
Baş nazirin mətbuat xidməti hökumət başçısının Tel-Əvivdəki Kirya hərbi kompleksində təhlükəsizlik iclasında iştirak etdiyini göstərən fotoları yayımlayıb. Daha sonra Netanyahunun İranın raket hücumunun baş verdiyi Beyt Şemeş şəhərinə də səfər etdiyini göstərən video görüntülər yayılıb. Beləliklə, onun Almaniyaya keçdiyi barədə məlumatlar əsassız olub.
Süleyman










































