
Özbəkistan Mərkəzi Bankı oktyabr ayında başlayan alış seriyasını davam etdirərək yanvar ayında 9 ton qızıl alıb. Nəticədə ölkənin qızıl ehtiyatları 399 tona çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə Dünya Qızıl Şurası məlumat verib.
Təşkilatın məlumatına görə, bununla da Özbəkistanın qızıl ehtiyatlarının payı xeyli artıb. Əgər 2020-ci ildə qızıl ümumi ehtiyatların 57%-ni təşkil edirdisə, 2026-cı ilin yanvar ayına qədər bu rəqəm 86%-ə çatıb.
Türkiyə isə yanvarda 10,2 ton qızıl alaraq mərkəzi banklar arasında lider olub.
Eyni zamanda, Rusiya Bankı yanvar ayında 9 ton qızıl alaraq mərkəzi banklar arasında ən çox xalis satıcı olub. Qazaxıstan və Qırğızıstan da qızıl ehtiyatlarını bir tondan çox azaldıb.
Süleyman










































