
İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 72 min 117-yə çatıb. Yaralıların sayı isə 171 min 801 nəfər olub.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Fələstin Hökumətinin Səhiyyə Nazirliyi yayıb. Bildirilib ki, təkcə son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 4 cəsəd gətirilib.
Məlumata görə, Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri 633 nəfər həlak olub, 1703 nəfər yaralanıb və 753 cəsəd dağıntılar altından çıxarılıb.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə cəsədin olduğu bildirilir.
Anar










































