Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ramazan insanı dünyanın gurultusundan çəkib daxili səssizliyə aparır

Ramazan insanı dünyanın gurultusundan çəkib daxili səssizliyə aparır


Ramazan sadəcə zamanın axarında gəlib keçən bir ay deyil, qəlbin içində açılan ilahi bir qapıdır. Bu qapıdan keçən insan yalnız günləri deyil, öz varlığını da yenidən kəşf edir. Oruc zahiri bədənin aclığıdır, lakin batini qəlbin oyanışıdır. Çünki nəfs doyduqca qəlb ağırlaşar, aclıq isə nəfsin gücünü zəiflədib qəlbin gözünü açar. Bu səbəbdən, ariflər demişlər ki, bədənin aclığı qəlbin qidasıdır.

Ramazan insanı dünyanın gurultusundan çəkib daxili səssizliyə aparır. O səssizlikdə insan ilk dəfə öz qəlbinin səsini eşidir. Orada nəfsin istəkləri deyil, ilahi mərhəmətin pıçıltısı danışır. Bu ayın hikməti insanın daha az yeməsində deyil, daha çox dərk və təfəkkür, mərhəmət etməsindədir. Əgər Ramazanın sonunda qəlb daha yumşaq, dil daha mülayim, vicdan daha oyaq olarsa, bu Ramazanın insanın içində doğmasını göstərir. Çünki həqiqi Ramazan təqvimdə bitmir, o, qəlbdə başlayan və sonrakı aylara da sirayət edən ilahi bir oyanışdır.

Məmmədəli Babaşlı

Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri
Xəbəri paylaş