
"Müasir dövrdə beynəlxalq münasibətlər sistemi mürəkkəb və ziddiyyətli mərhələdən keçir. Qlobal miqyasda baş verən siyasi, iqtisadi və təhlükəsizlik çağırışları dövlətlər arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın daha da vacib olduğunu göstərir. Belə bir şəraitdə beynəlxalq dialoq platformalarının rolu xüsusi əhəmiyyət kəsb edir".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Maqsud Süleymanlı deyib. O bildirib ki, Azərbaycanın paytaxtında keçirilən və dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilatların rəhbərlərini, nüfuzlu ekspertləri bir araya gətirən XIII Qlobal Bakı Forumu məhz bu baxımdan qlobal fikir mübadiləsi üçün mühüm platformaya çevrilmişdir.
Hakim partiya təmsilçisi qeyd edib ki, “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunmuş forum beynəlxalq münasibətlər sistemində yaranan yeni reallıqların müzakirəsi, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və ortaq yanaşmaların formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Anar











































