
Cari ilin martın 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb. Ölkə Prezidenti, doğma Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev Forumda nitq söyləyib. Möhtərəm Prezidentimiz geniş və məzmunlu çıxışı ilə Forumun fəaliyyəti, məqsəd və hədəfləri haqqında mühüm məlumatları diqqətə çatdırıb.
Deyərdim ki, qlobal miqyasda bu forum əsas beynəlxalq forumlarla eyni səviyyədədir: iştirakçıların – prezidentlərin, baş nazirlərin, parlament spikerlərinin, tanınmış ictimai fiqurların, diplomatların, işgüzar dairələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin təcrübəsi baxımından olduqca yüksək səviyyədədir. Həyatımızın müxtəlif sahələrini əhatə edənlər bir araya gələrək fikir mübadiləsi aparır və təcrübə paylaşırlar, qeyd etdiyim kimi, xalqların həyatını daha yaxşı və daha təhlükəsiz etmək üçün ideyalar irəli sürürlər.
Builki Forumun gündəliyi çox genişdir. Forum bir çox məsələləri əhatə edir, lakin əminəm ki, müzakirələr zamanı xüsusi diqqət bölgəmizdəki və dünyadakı mövcud vəziyyətə yönələcək. Zənnimcə, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır.
Əlbəttə ki, Qlobal Forum qüdrətli ölkəmizin beynəlxalq diplomatiyada rolunun gücləndiyini və dövlətimizin qlobal problemlərin müzakirəsində mühüm platformaya çevrildiyini bir daha nümayiş etdirir. XIII Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən və qlobal çağırışların müzakirə olunduğu mühüm siyasi platforma kimi böyük əhəmiyyət daşıyır.
Tural İsmayılov, YAP üzvü










































