Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Orban: Macarıstan Avropanın hazırlaşdığı müharibədə iştirak etməyəcək

Orban: Macarıstan Avropanın hazırlaşdığı müharibədə iştirak etməyəcək


Avropa müharibəyə hazırlaşır, lakin Macarıstanın iştirak etmək niyyəti yoxdur və Ukraynanın Rusiya ilə münaqişəsini davam etdirməsi üçün onu maliyyələşdirməyəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunları Macarıstanın Baş naziri Viktor Orban Dunaujvarosda seçicilərlə keçirilən seçkiqabağı mitinqdə bildirib.

"Avropa müharibənin daha da dərinləşməsinə qərar verib. Hazırda Ukraynaya pul və silah göndərirlər, amma artıq Avropa əsgərlərinin daha sonra onun ərazisində olacağına razılıq veriblər", - deyə Orban bildirib.

Baş nazir vurğulayıb ki, bizim vəzifəmiz buna cəlb olunmamaqdır. O, partiyasının 12 apreldə keçiriləcək parlament seçkilərində qalib gələcəyi təqdirdə eyni siyasi kursu davam etdirəcəyinə və Macarıstanın Ukrayna münaqişəsindən kənarda qalmasını təmin edəcəyinə əminlik bildirib.

Süleyman
Xəbəri paylaş