Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu coğrafiyada yaşamaq hər zaman böyük bədəllər hesabına mümkün olub

Bu coğrafiyada yaşamaq  hər zaman  böyük bədəllər hesabına mümkün olub


"20 - ci yüzillik istər müsbət, istərsə də mənfi tərəfləri ilə xalqımız üçün unudulmaz bir əsr oldu. Ötən əsrdə xalqımız Cumhuriyyətin və müstəqil Azərbaycan dövlətinin simasında misilsiz uğurlara imza atdı. Ən əsası azadlıq, müstəqillik, hür olmaq kimi ülvi duyğuları yaşadıq və öz taleyimizin sahibinə çevrildik".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. Onun sözlərinə görə, bilinən bir reallıq da var ki, bu coğrafiyada yaşamaq hər zaman böyük bədəllər hesabına mümkün olmuşdur:

"Bunu daha dərindən dərk etmək üçün zənnimcə tarix səhifələrini vərəqləmək kifayətdir.

Bir fraqment kimi xatırlatmaq istərdim ki, bu qədim diyarın tarixindən məhşur Roma sərkərdəsi Pompey, Monqol sərkərdələri Cəbə Noyon və Subutay, zamanında insanların adını belə deməyə çəkindiyi Əmir Teymur kimi dövrünün qüdrət sahibləri keçmişdir. Ancaq onların hər biri bu gün sadəcə tarixin bir hissəsi olaraq xatırlanmaqdadır. Bizlər isə burdayıq, yaşayırıq, yaradırıq".

O qeyd edib ki, ödədiyimiz bədəllərdən bir hissəsi də keçən əsrin müxtəlif dövrlərində ermənilər tərəfindən kütləvi qırğınlara, etnik təmizləmələrə və soyqırımlara məruz qalmağımızdır:

"İstər 1905- 1906 - ci illər, istər 1918 - ci il mart soyqırımı, istərsə də 1992 - ci il Xocalı qətliamı heç zaman unutmayacağımız qan yaddaşımızdır.

Himayədar gücün qüdrətinə tabe olan quldur daşnaklar və onların qatil rolunun baş qəhramanı olan Stefan Şamuyan 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində günahsız insanlara qarşı misli görünməmiş vəhşiliklər törətdi. Dövrün hərbi-siyasi vəziyyətini nəzərə aldıqda əli yalın insanların onlara qarşı mübarizə aparması elə də asand deyildi. Belə ağır situasiya fonunda Nuru paşanın Qafqaz İslam Ordusu o məzlum insanların imdadına yetişdi və tarix bir daha qan qardaşlığımıza şahidlik etdi".

Pərviz Mirizadə qeyd edib ki, həmin hadisələrin üzərindən bir əsrdən çox vaxt keçib və burada güclü, qüdrətli və ən əsası erməniləri məğlub edərək sülhə məcbur edən Azərbaycan mövcuddur:

"Bəli, qəbul etməliyik ki, ermənilər heç vaxt sülhdən yana xislətə sahib olmayıb. Bu gün onların baş bilənləri Azərbaycanla sülhün vacibliyindən danışırlarsa, hər səfərində bunu həyacanla qeyd edirlərsə, onları reallıqlarla barışmağa və tabe olmağa sövq edən iradə mövcuddur. Həmin iradə 44 günlük Vətən Müharibəsini və 23 saatlıq antiterror əməliyyatlarını müsbət sonluqla yekunlaşdıran Prezident İlham Əliyev faktordur".

Süleyman
Xəbəri paylaş