Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ NATO-dan çıxacaq?

ABŞ NATO-dan çıxacaq?


"NATO-nun yaradılış fəlsəfəsinin Sovet blokuna qarşı olduğu dövrlərdən sonra Rusiyanı, sonra isə Çini düşmən obrazı yaratmaqla ömrünü uzatması beynəlxalq vəziyyətin gərginləşdirilməsinin əsas səbəbidir. NATO-nun Şərqi Avropaya doğru genişlənməsi isə hazırda davam edən Rusiya-Ukrayna müharibəsinin başlamasına bəhanə yaratdı. Avropa özünün Rusiya təhdidindən müdafiə doktrinasını NATO, dolayısı ilə ABŞ üzərindən qurdu. Özü isə bu doktrinaya maddi töhvə vermədi. ABŞ onları qorudu, Avropa da iqtisadi olaraq inkişaf etdi".

Bunları Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov səsləndirib. O deyib ki, Trampın hakimiyyətə gəlməsi ilə əvvəlki və indiki hakimiyyətində Avropadan tələbi onların da özlərinin təhlükəsizliyinə maddi dəstək vermək oldu:

"Avropada bunun üçün yenə də cüzi hesab olunan maddi dəstək verməklə özlərinin təhlükəsizliyinə etinasız yanaşdılar. Rusiya-Ukrayna müharibəsi bu reallıqları dəyişməklə hazırda davam edən ABŞ-İran müharibəsi bu münasibətlərin daha da kəskinləşməsinə səbəb olur. Trampın ABŞ-ın NATO-dan çıxmaq fikri yeni deyil. Hesab edirəm ki, bu, baş verməyəcək".

Azər Qasımovun sözlərinə görə, ABŞ NATO-dan çıxarsa, bu, yeni hərbi blokların yaranmasına səbəb olacaq:

"ABŞ-sız NATO-nun mənası olmayacaq. Bu zaman Avropa ölkələri özləri yeni NATO dayağı birlik yarada bilərlər. Hətta Fransa prezidenti Makron bunu əvvəllər də səsləndirmişdi. Almaniya da buna isti baxırdı. Bu durum yeni müharibə riskləri yarada bilər".

Süleyman
Xəbəri paylaş