Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerikalıların 60%-i İrandakı müharibəyə qarşıdır

Amerikalıların 60%-i İrandakı müharibəyə qarşıdır


ABŞ sakinlərinin təxminən 60%-i İrana qarşı hərbi əməliyyatları dəstəkləmir.

Newscenter.az TASS-a istinadən bildirir ki, YouGov tədqiqat agentliyi tərəfindən aparılan sorğunun nəticələri belə deməyə əsas verir.

Tədqiqatçılar bildirirlər ki, respondentlərin 59%-i İranda hərbi əməliyyatlara qarşı çıxıb, digər 28%-i isə əməliyyatı dəstəkləyib. Qalan 13%-i isə qərarsız qalıb. Nəticələr tədqiqat iştirakçılarının siyasi baxışlarından asılı olaraq dəyişib. Demokratlar arasında respondentlərin yalnız 4%-i əməliyyatı dəstəklədiyini, respublikaçılar arasında isə bu rəqəmin 62%- olduğu bildirilib.

Bundan əlavə, sosioloqlar vətəndaşlardan ABŞ-ın İranda mümkün quru əməliyyatına münasibətləri barədə soruşublar. Respondentlərin yalnız 14%-i bunu dəstəkləyib, 62%-i əleyhinə çıxıb, qalan 24%-i isə qərarsız qalıb.

Anar
Xəbəri paylaş