Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hindistan son 6 ildə ilk dəfə Çinə biznes nümayəndə heyəti göndərib

Hindistan son 6 ildə ilk dəfə Çinə biznes nümayəndə heyəti göndərib


Hindistan son 6 ildə ilk dəfə Çinə biznes nümayəndə heyəti göndərib.

Newscenter.az TASS-a istinadən bildirir ki, səfərin məqsədi 2047-ci ildə Hindistanın müstəqilliyinin 100 illiyinə qədər iqtisadiyyatın gücləndirilməsi və innovasiyanın təşviqi məqsədlərinə çatmaqdır.

“The Times of India” qəzetinin məlumatına görə, Pəncab və Haryana ticarət və sənaye palatalarından ibarət nümayəndə heyəti investisiya tərəfdaşlığı perspektivlərini araşdırmaq və bərpa olunan enerji, elektrikli nəqliyyat vasitələrinin istehsalı, rabitə və informasiya texnologiyaları sahələrində müvafiq təcrübələrini öyrənmək üçün Şanxay və Jiangsu əyalətlərinə səfər edib.

Sahibkarlar səfər amanı Çin korporasiyalarının və maliyyə qurumlarının rəhbərləri ilə görüşəcəklər.

Anar
Xəbəri paylaş