Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan Moskvaya artıq "forpost" olmadıqlarını anlatdı

Paşinyan Moskvaya artıq "forpost" olmadıqlarını anlatdı


"Ermənistanın baş naziri Nikol Paşinyanın seçkiöncəsi Rusiya Federasiyasına səfəri Moskva ilə soyuq olan münasibətləri normallaşdırmağa yönəlik cəhd olmaqla yanaşı, həm də İrəvanın artıq Moskvanın "forpostu" olmadığını mesajının Kremlə çatdırılması idi. Erməni baş naziri sələflərindən, eləcə də özünün ilk illərdə Kreml rəhbəri qarşısında acizanə şəkildə davranışlarından indi tamamilə kənara çıxıb Rusiya prezidenti Vladimir Putini də sanki ona bərabərhüquqlu tərəf kimi baxmağa çağırırdı. Paşinyanın açıq şəkildə səsləndirdiyi iradlar Kremldə xoş qarşılanmasa da, lakin mövcud reallıq ondan ibarətdir ki, Ermənistan Rusiyanın ona bərabərhüquqlu tərəf kimi baxmasını istəyir".

Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı Ermənistanın baş nazirinin Rusiyaya səfərini şərh edərkən səsləndirib. O deyib ki, bu səfər həm də Kremlə onun mesajı idi ki, Moskva seçkiöncəsi Ermənistanın daxili işlərinə qarışmasın:

"Əslində Paşinyanda bu arxayınlıq Qərbdən qaynaqlanır. Rusiyada da gözəl bilirlər ki, Nikol Paşinyan Qərbə meyilli siyasətçidir. Xüsusilə, Vaşinqtonda Sülh müqaviləsinin paraflanmasından sonra Paşinyanın Qərbdə, okeanın o tayında mövqeləri daha da güclənib. Təbii ki, həm bu, həm də ötən gün Rusiya və Ermənistan liderlərinin görüşündə Paşinyanın nümayiş etdirdiyi cəsarət Kremldə xoş qarşılanmayıb. Artıq dünəndən etibarən Kremlə yaxın siyasilər və media Ermənistan rəhbərliyinin yalnış siyasət həyata keçirdiyini tirajlamağa başlayıblar. Görünür ki, erməni baş nazirinin Rusiyada nümayiş etdirdiyi cəsarəti Kreml bağışlamayacaq".

Süleyman
Xəbəri paylaş