Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyevin Gürcüstan səfəri yeni çağırışların müzakirə olunması baxımından əhəmiyyətlidir

İlham Əliyevin Gürcüstan səfəri yeni çağırışların müzakirə olunması baxımından əhəmiyyətlidir


"Ölkə Prezidenti cənab İlham Əliyevin Gürcüstana səfəri regionda gedən hərbi qarşıdurma nəticəsində beynəlxalq iqtisadi durumun və nəqliyyat yollarının yaratdığı yeni çağırışların müzakirə olunması baxımından əhəmiyyətlidir".

Bunu Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfərini şərh edərkən səsləndirib. O bildirib ki, Gürcüstanla Azərbaycan strateji partnyordurlar və bir çox beynəlxalq məsələlərə ümumi baxış konsepsiyaları vardır:

"Düşünürəm ki, təhlükəsizlik, Rusiya-Ukrayna, ABŞ, İsrail-İran müharibəsi, Gürcüstandan keçən qaz və neft xətləri ilə dünya bazarına çıxarılan karbohidrogen məhsulları və Orta Dəhliz marşurutu, ikitərəfli iqtisadi münasibətlər bu görüşün əsas müzakirə predmetləri olacaqdır".

Elçin Ağamalı deyib ki, Gürcüstan hökuməti son illər ölkə maraqlarını əsas götürərək dünyanın hər hansı bir güc mərkəzinə meyillənməyən müstəqil xarici siyasət həyata keçirir:

"Bu xarici siyasət MDB ölkələri üçün əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan inkişafın Azərbaycan modelidir. Bu yolun başlanğıcı çətin olur, ancaq təzyiqlərə tab gətirildiyi təqdirdə öz bəhrəsini verir. Uzun müddət koillektiv qərbin bütün şıltaqlıqlarını yerinə yetirən Gürcüstan artıq bütün beynəlxalq məsələlərə özünün dövlət maraqlarından baxır ki, bu da kollektiv qərb tərəfindən Gürcüstana qarşı subyektiv münasibətlərə və təhdidlərə səbəb olur. Bu baxımdan Gürcüstan hökumətinin Azərbaycanın dəstəyinə ehtiyacı vardır".

Elçin Ağamalı qeyd edib ki, Azərbaycan hər zaman Gürcüstanın bir dövlət kimi ayaqda qalmasında hər cür dəstəyini əsirgəməmişdir:

"Əminəm ki, cənab İlham Əliyevin Gürcüstana səfəri bu ölkənin Avropa Birliyi tərəfindən üzləşdiyi təzyiqlərin neytrallaşdırılması nöqteyi-nəzərindən də əhəmiyyətli olacaqdır".

Süleyman
Xəbəri paylaş